AzEuroNews.com  ► Avropada yaşayan bir qrup soydaşımızın təşkilatçılığı ilə Birləşmiş Millətlər Təşkilatının (BMT) Almaniyanın Bonn şəhərində yerləşən nümayəndəliyi qarşısında Qarabağ aksiyası keçirilib. AzEuroNews.com xəbər verir ki, aksiyanın təşkilatçıları əsasən Avropada yaşayan ağdamlılar olublar. Etiraz aksiyasında İsveç, Fransa, Hollandiya kimi Avropa ölkələrindən gələn Qarabağsevərlər fəal iştirak ediblər.

Aksiyada Bakıdan gələn Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı, Qarabağ döyüşçüsü, şəhid atası Hacı Əkbər Rüstəmov, Müsavat Partiyasının Avropa Koordinasiya Mərkəzi təmsilçilərindən Əli Quliyev, Əhməd Cəlaloğlu, Qarabağ döyüşçüsü Kənan Hacıəkbəroğlu, hüquqşünas Əlövsət Əliyev və başqaları çıxış ediblər. 

Onlar çıxışları zamanı BMT Təhlükəsizlik Şurasının Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar 822 (1993), 853 (1993), 854 (1993) və 884 (1993) saylı qətnamələrin icrasını tələb ediblər. 

Ətraflı VİDEO-da: