Rusiya və ABŞ arasındaSuriya üzrə razılaşma münaqişənin tənzimlənməsi istiqamətində “əsl ümid işığı”dır.

Məlumata görə, bunu “Welt am Sonntag’ qəzetinə müsahibəsində Almaniya xarici işlər naziri Frank-Valter Ştaynmayer bəyan edib.

Almaniya xarici işlər naziri deyib ki, hazırda əsas məsələ atəşkəsinin reallaşması və atəşkəsə riayət edilməsidir: “Bu, tezliklə Suriyada siyasi keçidlə bağlı danışıqlara zəmin yaratmağımız üçün vacibdir”.