Simvol foto © Fərahim İlqaroğlu/ AzEuroNews.com

AzEuroNews.com ► Almaniyanın Deggendorf şəhərində Azərbaycan vətəndaşlarının yerləşdiyi qaçqın düşərgəsində intihar hadisəsi baş verib. Bu barədə AzEuroNews.coma Almaniyada fəaliyyət götərən “Leqat” inteqrasiya mərkəzinin rəhbəri, hüquqşünas Əlövsət Əliyev məlumat verib. Onun sözlərinə görə,  qaçqın kampında yaşayan Məmmədova Humay iki gün əvvəl dərman içməklə özünə qəsd edib. 15 dəqiqə ərzində xəstəxanaya çatdırılsa da, bu gün xəstəxanada dünyasını dəyişib. 40 yaşlı qadının intiharına ilkin səbəb kimi “Dublin” qərarının obyektiv araşdırılmaması olub.
Məlumata görə, Humay Məmmədova 1979-ci ildə Qərbi Azərbaycanda anadan olub. Müəyyən müddət Azərbaycanda hərbçi kimi çalışıb və sağlamlığında problemləri olub. Lakin həkimlər onun müalicəsinə diqqət ayırmayıb.

H. Məmmədova xəstəxanaya aparılan zaman 9 yaşlı qızının Almaniyada yaşayan bacısına verilməsini xahiş edib. 
Ə.Əliyevin sözlərinə görə, bu gün başqa bir azərbaycanlı xanım da Berlində özünə  qəsd edib. O, hazırda xəstəxanadadır. 

Hüquşünasın sözlərinə görə, bu son 10 gündə Almaniyada üçüncü intihara cəhd hadisəsidir. 


Həmçinin oxu: Qanunsuz miqrasiyaya qarşı mübarizə: DUBLİN SAZİŞİ