Ermənistanın işğalı altında olan Azərbaycanın Dağlıq Qarabağ bölgəsində erməni əsgəri ölüb.

“Report” “Novosti Armeniya”ya istinadən xəbər verir ki, hadisə iyulun 24-də gecə saatlarında baş verib. 

2000-ci ildə anadan olan Volodya Qaloyan naməlum şəraitdə odlu silahdan açılan atəşdən ağır yaralanıb. O, aldığı yaradan ölüb. 

Hadisənin şəraiti və səbəbi araşdırılır.