ABŞ-ın yeni müdafiə naziri Mark Esper olub.

“Ölkə.Az” xarici mətbuata istinadən xəbər verir ki, onun namizədliyi Senat tərəfindən təsdiqlənib.

2017-ci ilin yanvar ayında Tramp administrasiyasının hakimiyyətinin ilk vaxtlarında müdafiə naziri Ceyms Mettis idi. O,31 dekabr 2018-ci ildə istefa verib. Bu vəzifəni əvvəlcə Patrik Şanaxan, sonra isə iyun ayının sonundan Esper tutub.

Qeyd edək ki, Esper 1986-2007-ci illərdə orduda xidmət edib, 1991-ci ildə 101-ci hava-desant diviziyasının tərkibində Fars körfəzi müharibəsində iştirak edib. Polkovnik-leytenant olaraq təqaüdə çıxdıqdan sonra Esper kommersiya strukturlarında çalışıb, müdafiə müəssisələrində lobbiçiliklə məşğul olub.
2017-ci ilin noyabrında o, senat tərəfindən Pentaqonun strukturuna daxil olan  quru qoşunlarına nazir təyin olunub.