Bu gün UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin oyunları keçirilib.

Trend-in məlumatına görə, Azərbaycanın “Qarabağ” klubu səfərdə İralandiyanın “Dandolk” klubu ilə qarşılaşıb.

Oyun 1:1 hesabı ilə yekunlaşıb. Qollar: Mahir Emreli (4-cü dəqiqə), P.Hoban (78-ci dəqiqə).

Qeyd edək ki, cavab oyunu iyulun 31-i keçiriləcək.

Digər oyunlarda qeydə alınan nəticələr:

“BATE” – 2:1 – “Rusenborq”

“Ferentsvaroş” – 3:1 – “Valetta”

“ÇFR Kluj” – 1:0 – “Makkabi Tel-Əviv”

“Seltik” – 5:0 – “Kalyu”

“Srvena Zvezda” – 2:0 – “XİK”