AzEuroNews.com  ► Onlayn hərbi güc araşdırmaları mərkəzi olan “Global Firepower” şirkəti Azərbaycan, Ermənistan və Gürcüstanın ordusu ilə bağlı yeni məlumatları paylaşıb. AzEuroNews.com xəbər verir ki, hesabat xarakterli məlumata görə, hazırda cənubi Qafqazın ən güclü ordusu Azərbaycandadır. 

Belə ki, Azərbaycan Ordusu keçənilki nəticəsini bir pillə yaxşılaşdıraraq dünyanın ən yaxşı 52-ci ordusu statusuna sahiblənib. Siyahıda Gürcüstan Ordusu 85, Ermənistan Ordusu isə, 12 pillə geriləyərək 96-cı sırada qərarlaşıb. 

Hərbi Hava Qüvvələrinə gəldikdə də, Azərbaycan yenə qonşularından irəlidədir. Belə ki, dünya ölkələrinin hərbi hava qüvvələrinin gücünə görə Azərbaycan 63-cü, Gürcüstan 84, Ermənistan isə, 86-cı sıradadır. 

Ən yaxşı və modern zirehli hərbi texnikaya sahib odu sıralamasında, Azərbaycan 32, Gürcüstan 74, Ermənistan isə, 78-ci sırada qərarlaşıb.

Hərbi Dəniz Qüvvələrinin ən yaxşı olduğu ölkələrin sıralamasında Azərbaycan yenə də qonşu Gürcüstandan öndədir. Bu kateqoriyada Azərbaycan 57, Gürcüstan isə, 96-cı sıradadır.