Foto © heute.at

AzEuroNews.com /Berlin  ► Almaniya Türkiyəyə dönər ixrac edir.  AzEuroNews.com xəbər verir ki, bu barədə Berlin Əyalət Səhiyyə və Sosial İdarəsi başqanı Frans Allert məlumat verib. Onun sözlərinə görə, Almaniyada 109 dönər fabriki var. Həmin fabriklərdən təkcə 18-i Berlində yerləşir. Fabriklərə gətirilən ətlər çeşidləndikdən sonra dönər rulonu halında hazır satışa çıxarılır.

F.Allert bildirib ki, təkcə Berlində Türkiyənin bütün şəhərlərindən çox dönər rulonu hazırlanır. 

Franz Allert /  Foto © morgenpost.de
Franz Allert / Foto © morgenpost.de

“İnsanlar inanmırlar amma, Berlin Türkiyəyə tonlarla dönər rulonu ixrac edir”– deyə F.Allert söyləyib. 

Məlumat üçün bildirək ki, Almaniyanın dönərlə tanışlığı 60-cı illərin əvvəlinə təsadüf edir. Bu ölkəyə işçi kimi gələn türklər sonradan kiçik dönərxanalar açaraq fəaliyyət göstəriblər. Bu gün Almaniyanın elə şəhəri, elə qəsəbəsi olmasın ki, orada dönərxana fəaliyyət göstərməsin .