AzEuroNews.com / Göteborq  İsveçdə bir türk restoranına qustar üsulla hazırlanmış əl bombası ilə hücum edilib. AzEuroNews.com xəbər verir ki, hadisə Göteborq şəhərində qeydə alınıb. 

Restoran sahibi İsmayıl Yücelin verdiyi məlumata görə, gecə saat 2 rədələrində maska taxan şəxslər restoranın pəncərəsini qıraraq içəri qustar üsulla hazırlanmış bomba atıblar.

“Xoşbəxtlikdən restoran bağlı idi. Hadisə barədə mənə qonşuluqdakı obyektin sahibi zəng vuraraq məlumat verdi. Mən olay yerinə gələndə polis əməkdaşları artıq gəlmişdilər və araşdırma aparırdılar. Məlum oldu ki, onlar mənim restoranıma bomba atmazdan əvvəl yaxınlıqdakı teatrın pəncərələrini qırıblar”– deyə restoran sahibi bilirib. 

İ.Yücel bildirib ki, hadisə nəticəsində ona külli miqdarda maddi ziyan dəyib. 

Foto © arti49.com