Foto © Fərahim İlqaroğlu / AzEuroNews.com

AzEuroNews.com  Almaniya ölkə ərazisindəki dəmir yollarını yeniləyəcək. AzEuroNews.com xəbər verir ki, bu məqsədlə 86 milyard avro ayrılıb. 

Ötən gün federal hökumət Alman Dəmir Yolu İdarəsi (Deutsche Bahn) ilə razılığa gəlib. 10 il ərzində yeniləcək dəmir yolları üçün nəzərdə tutulan 86 milyard avronun 64 milyardını hökumət öz üzərinə götürüb. 

Mütəxəssislərin fikrincə, Almaniya hökuməti 2030-cu ilə qədər ictimai nəqliyyatı daha mükəmməl şəkilə gətirəcək. Məqsəd havanı daha az kirləndirmək və iqlimi qorumaqdır.