AzEuroNews.com  ► “Gürcüstan – Azərbaycan sərhəddinin Gürcüstan tərəfində indiyə kimi görünməyən, uzunluğu km-lərlə ölçülən tıxac müşahidə olunur. Təxminən 100-150 avtomobil öz növbəsini gözləyir. Növbə gözləmə mədəniyyəti olmayanların sayəsində isə, qarşı tərəfdən gələn yol belə ara-sıra bağlanır. Problemin həmişəki kimi gömrüyün Azərbaycan tərəfdə sisteminin işləməməsi, turist axını və ya başqa bir problem olması isə sual altındadır”. Bu barədə AzEuroNews.com-a hazırda sərhəddə gözləmək məcburiyyətində qalan həmvətənimiz Rəşad Quliyev məlumat verib. Onun sözlərinə görə, ucu-bucağı görünməyən tıxacda gözləyənlər sırasında yaşlılar, xəstə və hamilə qadınlar var. 

“Kiminsə halı pisləşsə, təcili yardımın gəlməsi üçün belə yol yoxdur. Çox dəhşətli bir mənzərə yaranıb”- deyə R.Quliyev bildirib.