Bakının bəzi küçə və prospektlərində tətbiq edilən sarı zolaq qadağası götürülüb.

“Report”un məlumatına görə, iyulun 29-u saat 00:00-dan sürücülər sarı zolaqlar üzrə hərəkət edə bilərlər.

Qeyd edək ki, “Bakı-2019” XV Avropa Gənclər Yay Olimpiya Festivalı ilə əlaqədar olaraq iyulun 20-dən Bakının bəzi küçə və prospektlərində sarı zolaq qadağası qoyulmuşdu.

XV Avropa Gənclər Yay Olimpiya Festivalı iyulun 21-də başlayıb və iyulun 27-də başa çatıb.