Foto © Fərahim İLQAROĞLU / AzEuroNews.com

AzEuroNews.com ► Ötə gecə Almaniyanın Frankfurt şəhərində yerləşən bir diskotekada dava olub. AzEuroNews.com xəbər verir ki, şəhərin mərkəzi küçələrindən olan Zeildə yerləşən diskotekada baş verən hadisəyə polis dərxal müdaxilə edib. 

Ancaq polisin dava edən vətəndaşlara münasibəti birmənamlı qarşılanmayıb. Belə ki, alman polisi onlardan bəzilərinə gözyaşardıcı qazla, bəzilərinə isə, fiziki zor tətbiq edərək müdaxilə edib. 

Hadisə vaxtı küçədən keçən bir alman bu hadisəni mobil telefonu vasitəsi ilə çəkərək sosial şəbəkədə paylaşıb. 

O, heç bir müqavimət göstərməyən vətəndaşa polisin fiziki zor tətbiq etməsini doğru hesab etmədiyi ilə bağlı şərh də yazıb. 

Frankfurt Polis Təşkilatından verilən açıqlamada bildirilib ki, hazırda həmin iş üzrə videogörüntülər əldə edilib və araşdırma aparılır.