Bu gün avrokubokların III təsnifat mərhələsində “Qarabağ”ın potensial rəqibləri müəyyənləşəcək.

“Report” xəbər verir ki, Ağdam təmsilçisi Çempionlar Liqasında İrlandiyanın “Dandolk” komandasını mübarizədən kənarlaşdıracağı təqdirdə APOEL (Kipr) – “Sutyeska” (Monteneqro) cütünün qalibi ilə qarşılaşacaq. Bu kollektivlər arasında baş tutan ilk oyunda kiprlilər səfərdə 1:0 hesabı ilə qalib gəliblər.

“Qarabağ” “Dandolk” səddini keçə bilməsə, Avropa Liqasının III təsnifat mərhələsində “Feronikeli” (Kosovo) – “Slovan” (Bratislava, Slovakiya) cütünün qalibi ilə üz-üzə gələcək. Bu komandaların ilk matçında slovakiyalılar qələbə qazanıblar – 2:1.

Qeyd edək ki, “Qarabağ” və “Dandolk” arasında cavab görüşü iyulun 31-də “Dalğa Arena”da keçiriləcək. İrlandiyada baş tutan ilk oyunda 1:1 hesablı heç-heçə qeydə alınıb.

Çempionlar Liqası

II təsnifat mərhələsi, cavab oyunları

21:00. APOEL (Kipr) – “Sutyeska” (Monteneqro)

İlk oyun – 1:0

21:00. “Nımme Kalyu” (Estoniya) – “Seltik” (Şotlandiya)

İlk oyun – 0:5

21:00. “Makkabi” (Təl-Əviv, İsrail) – ÇFR (Rumıniya)

İlk oyun – 0:1

22:00. “Bazel” (İsveçrə) – PSV (Hollandiya)

İlk oyun – 2:3

22:00. “Dinamo” (Zaqreb, Xorvatiya) – “Saburtalo” (Gürcüstan)

İlk oyun – 2:0

22:00. “Valletta” (Malta) – “Ferentsvaroş” (Macarıstan)

İlk oyun – 1:3

“Olimpiakos” (Yunanıstan) – “Viktoriya” (Çexiya)

İlk oyun – 0:0

Avropa Liqası

II təsnifat mərhələsi, cavab oyunları

19:45. “Linkoln” (Cəbəllütariq) – “Ararat” (Ermənistan)

İlk oyun – 0:2

19:45. “Suduva” (Litva) – “Tre Penne” (San Marino)

İlk oyun – 5:0

19:55. “Düdelanj” (Lüksemburq) – “Şkendiya” (Makedoniya)

İlk oyun – 2:1

20:00. “Feronikeli” (Kosovo) – “Slovan” (Bratislava, Slovakiya)

İlk oyun – 1:2