Yaponiya F-35 qırıcı təyyarələrin hazırlanması proqramına tərəfdaş kimi qoşulmaqda maraqlı olduğunu bildirib.

Trend-in məlumatına görə, bu barədə “Defense News” nəşri mənbələrə istinadən xəbər verir.

Nəşrin məlumatına əsasən, Yaponiya Müdafiə Nazirliyi tərəfindən ABŞ müdafiə nazirinin satınalmalar üzrə müavini Ellen Lorda göndərilən məktubda, müdafiə artırılmasının planlaşdırılması üzrə büronun baş direktoru Atsuo Suzuki Yaponiyanın F-35 proqramının üzvü olması üçün tələblər barədə məlumat istəyib.

Məktubda deyilir: “Düşünürəm ki, F-35 proqramının tərəfdaşı olmaq variantlardan biridir… Yaponiyanın tərəfdaş ölkə olmaq imkanının olub-olmaması barədə sizin fikirlərinizi bilmək istərdim. Həmçinin mən sizdən müdafiə nazirliyinə tərəfdaş ölkənin hüquqları və vəzifələri, xərclərinin bölgüsü və şərtlər haqqında ətraflı məlumat vermənizi xahiş edirəm”.

Məktubda qeyd edilir ki, Tokio proqramın tərəfdaşı olmaq barədə son qərarı tərəfdaş ölkənin hüquqları və vəzifələri barədə məlumatla tanış olduqdan sonra verəcək.