Simvol foto © Deutsche Bahn AG
Simvol foto © Deutsche Bahn AG

AzEuroNews.com  Almaniyada platformada qatar gözləyən ana və 8 yaşlı uşağını qatarın altına atıblar.  AzEuroNews.com xəbər verir ki, hadisə Frankfurt şəhərində baş verib. Belə ki, platformada qatar gözləyən ana və 8 yaşlı uşağı bir nəfər tərəfindən platformaya yaxınlaşan sürətli ICE (İnter City Express) tipli qatarın altına itələniblər. Ana tez platformaya çıxmağı bacarsa da, 8 yaşlı uşağı qatarın altında qalaraq can verib. 

Hadisə yerindən qaçmağa çalışan şübhəli şəxs polis əməkdaşlarının çevik reaksiyası ilə saxlanılıb. Kimlik yoxlaması zamanı 40 yaşlı şübhəlinin Eritreya vətəndaşı olduğu müəyyən olunub. 

Hadisədən sonra Frankfurt dəmiryolu vağzalına bir neçə saatlıq qatarların giriş-çıxışı dayandırılıb. Bu səbədən əyalətdə qatar səfərlərində gecikmələr qeydə alınıb. 

Almaniyanın daxili işlər naziri Horst Sehofer tətilini yarıda kəsərək Frankfurta gəlib.

Məlumat üçün qeyd edək ki, ötən ay anoloji hadisə ölkənin Şimali Reyn Vestfaliya əyalətində qeydə alınıb. Belə ki, 34 yaşlı qadın kimliyi məlum olmayan şəxs tərəfindən platformaya yaxınlaşan qatarın altına itələnib. Hadisə nəticəsində qadı dünyasını dəyişib.