AzEuroNews.com  ► Almaniyada keçən il həkim səhvi nəticəsində həyatını itirən və səhv müalicə olunan xəstələrin sayı açıqlanıb. AzEuroNews.com xəbər verir ki, Almaniya Tibbi Siğorta Fondunun (MDS) yaydığı məlumata görə, 2018-ci ildə 20 min xəstə həkim səhvi nəticəsində dünyasını dəyişib. Siğorta şirkətləri ölən şəxslərin yaxınlarına kompensasiya ödəyib. 

Tibb sahəsi üzrə statistik məlumatları daim yeniləyən Almaniya Tibbi Siğorta Fondunun bir digər məlumatına görə, ötən il 3497 xəstə səhv müalicə olunublar.  Bu rəqəm 2017-ci ildəki ilə müqayisədə 160 daha çoxdur. 

Fond hesabat xaraketrli məlumatında həmçinin qeyd edib ki, Almaniyadakı klinikalar və xəstəxanaların bir çoxu təcili yardıma hazır deyillər. 

Almaniyada həftəlik dərc edilən “Bild am Sonntag” qəzetinin məlumatna görə, 2017-ci ildə 7 yaşlı Ceremi həkimin müdaxilə etməməsi səbəbindən dünyasını dəyişib. Belə ki, Saksoniya əyalətində bir xəstəxanaya Limfa vəzilərinin şişməsi və çirk etməsi ilə çatdırılan 7 yaşlı uşağın bədən hərarəti 40-dan çox olub. Huşunu itirən uşaqın valideynləri tez tibb bacısını çağırsalar da, sonuncu bunun normal bir şey olduğunu deyib. Vəziyyəti ağırlaşayan Ceremi tibbi helikopter vasitəsi ilə ixtisaslaşmış uşaq hospitalına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.