Simvol Foto © Fərahim İlqaroğlu / AzEuroNews.com
Simvol Foto © Fərahim İlqaroğlu / AzEuroNews.com

AzEuroNews.com  Almaniyada xəstəxanada baş verən yanğında 1 nəfər ölüb, 12 nəfər yaralanıb.  AzEuroNews.com xəbər verir ki, hadisə Köln şəhərində yerləşən Merhaym xəstəxanasında qeydə alınıb. 

Yanğınsödürənlər xəstəxanada bir nəfərin yanmış cəsədini aşkarlayıblar. Xəstəxana rəhbərliyindən verilən məlumata görə,  yanğın nəticəsində 12 xəstə tüstüdən zəhərlənib. Polisin məlumatına görə isə, bir tibb bacısı yanğın zamanı pəncərədən özünü atıb. Nəticədə o, yüngül xəsarət alıb. 

Hələlik yanğının çıxma səbəbi məlum deyil. Ölən xəstənin özünü yandırdığı irəli sürülən iddialar sırasındadır. Faktla bağlı araşdırma aparılır.