Ötən il İsraildə yeni doğulmuş oğlan uşaqlarına daha çox verilən ad Məhəmməd olub.

Modern.az-ın məlumatına görə, bu barədə İsrailin Statistik bürosu xəbər yayıb. Məlumata görə, 2646 uşaq Məhəmməd adlandırılıb. İkinci yerdə isə təxminən 1,5 min sayla David adı gəlir. Sonrakı yeri Ariel (1,3 min) tutur.

Ötən il İsraildə doğulan yeni qız uşaqlarına isə daha çox Tamar adı verilib.