Foto © Mehmet Tekin

AzEuroNews.com  Almaniyada evsizlərin sayı çoxlaraq 650 min nəfər çatıb. AzEuroNews.com xəbər verir ki, bu barədə Almaniya Evsizlərə Yardım Dərnəyi hesabat xarakterli məlumat yayıb. Məlumatda deyilir ki, evsizlərdən 375 mini qaçqınlardır. 

Dərnəyin apardığı hesablamalara görə, təkcə 2017-ci ildə ölkənin Bavariya və Şimali Reyn Vestfaliya əyalətində evsizlərin sayı 29 % artıb. 

Məlumatda ayrıca vurğulanır ki, 48 min nəfər heç bir qoruma olmadan küçələrdə yaşayır. 

Dərnək buna səbəb kimi Almaniyada kirayə haqlarının çox baha olması və dövlətin yetərincə sosial evlər inşa etməməsini göstərib.