AzEuroNews.com  ► Fransada 2019-2020 təhsil ili üçün şagirdlərə ödəniləcək məktəb yardımı avqustun 20-si bank hesablarına köçürüləcək. AzEuroNews.com xəbər verir ki, Fransa Ailə Ödəmələri Fondu (CAF) bu il yardımın miqdarı ilə ağlı rəsmi açıqlama yayıb. 

Fondun məlumatında vurğulanır ki, bu il təxminən 3 milyon ailə məktəb yardımından yararlana biləcək.  Yardımın miqdarı isə, məktəblilərin yaşına görə dəyişəcək. Belə ki, 6-10 yaş arasındakı uşaqla 368 avro, 11-14 yaş arasındakılara 389 avro, 15-18 yaş arasındakılara 402,67 avro ödəniləcək.

Yardımdan yararlanacaq bir uşaqlı ailənin 2017-ci ildəki illik gəlirinin 24 min 697 avroyu keçməməsi lazımdır. İki uşaqlı ailələr üçün bu rəqəm 30 504 avro, üç uşaqlılar üçün isə, 35 739 avro olaraq müəyyən edilib.