AzEuroNews.com   Almaniyanın Berlin televiziyası Azərbaycandakı almanlar haqqında reportaj hazırlayıb. AzEuroNews.com xəbər verir ki, “Berlin TV” nin əməkdaşları “Yaxın” verlişinin çəklişləri üçün Azərbaycanın Ağstafa şəhərindəki alman koloniyalarının salındığı ərazilərdə olublar. 

Reportajda yoxsulluq və səfalətdən qaçaraq Ağstafada məskən salan almanların həyatında bəhs edilib. Vurğulanıb ki, onlar tezliklə burada ev sahibi olmaqla yanaşı, şərabçılıq sahəsində o dövr üçün yüksək texnologiyanı tətbiq edərək Azərbaycan şərabını dünya bazarına çıxarılmasında böyük xidmətlər göstəriblər. 

“Berlin TV”-nin reportajında Ağstafa Aqrar Sənaye Kompleksində tərcüməçi kimi çalışan Məltəm Yolçuyeva təmsil etdiyi şirkətlə Almaniya şirkətlərinin münasibətlərindən, iki ölkənin ticarət sahəsindəki sıx əməkdaşlığından bəhs edib. 

Alman Malte Heidman Azərbaycanda yaranmış ilk alman koloniyaları barədə məlumat verib. Almanlarla azərbaycanlılar arasında dostluğa, qardaşlığa söykənən böyük bir bağ olduğunu vurğulayıb. Cənab Malte almanların Azərbaycanda bir çox sahənin xüsusilə, şərab sənayesinin dirçəlməsində yaxından iştirak etdiklərini vurğulayıb.

Reportajda Almaniya Bundestaqının vitse-prezidenti Thomas Oppermanın Bakıda səfərdə olan zaman iki xalq və dövlət arasındakı münasibətlərdən bəhs edən çıxışına da yer verilib.