AzEuroNews.com ► İranda hicaba qarş etiraz edən qadınlara prokuror 55 il həbs cəzası istəyib. AzEuroNews.com xəbər verir ki, ötən gün məcbur şəkildə hicab taxmaq istəməyən qadınlar metroda başı açıq şəkildə sərnişinlərə gül verərək aksiya keçiriblər. 

Tehran polisi həmin qadınlardan üçünü saxlayıb. Ötən gün məhkəməyə çıxarılan qadınlarının  hər birinə prokuror 55 il həbs cəzası istəyib. 

Bundan sonra həbs olunanlara dəstək məqsədi ilə ölkənin hər yerində qadınlar hicabı açaraq şəkil çəkib sosial şəbəkələrdə paylaşıblar. Onlar bu hərəkətləri ilə həbs olunan həmcinslərinə dəstək olduqlarını, eyni zamanda məcburi hicaba etiraz etdiklərini ifadə ediblər.

Məlumata görə, həmin qadınlardan da həbs olunanlar olub və məhkəməyə çıxarılanlara prokuror yenə 55 il həbs cəzası tələb edib.

Məlumat üçün qeyd edək ki, ötən ilin yanvar ayında da İranda kütləvi hicab əleyhinə etiraz aksiyası keçirilmiş, xeyli sayda qadın həbs olunmuşdu. 1979-cu il inqilabından bəri bu, İranda qadınların hicab əleyhinə ilk kütləvi çıxış olmuşdu.