AzEuroNews.com  ► Salyanı Milli Məclisdə təmsil edən Əliğa Hüseynovla Fəzail Ağamalının “Facebook” yarışında qalib bəlli olub. AzEuroNews.com xəbər verir ki, “Bizim Salyan” səhifəsində “Salyanı Milli Məclisdə təmsil edən hansı deputatdan razısız?” sorğusunda 205 rayon sakini iştirak edib. Sorğu iştiraçılarının 80 %-i Əliağa Hüseynovun, 20 %-i isə, Fəzail Ağamalının fəaliyyətindən razı olduqlarını bildiriblər.


Qeyd edək ki, Əliağa Hüseynov 59 saylı Salyan seçki dairəsindən, Fəzail Ağamalı isə, 60 saylı Salyan-Neftçala seçki dairəsindən Milli Məclisə deputat seçiliblər.