Foto © Fərahim İlqaroğlu / AzEuroNews.com

AzEuroNews.com  ► Almaniyanın bir ildə itirdiyi meşə ərazisi açıqlanıb. AzEuroNews.com xəbər verir ki, 2018-ci ildə Almaniya 110 min hektar meşə ərazisini itirib. 

Aparılan araşdırmalara görə, Almaniyada meşə ərazilərinin itirlməsi əsasən yanğın hadisələri ilə bağlı olub. Məslən, bu ilin iyun ayında Jüterborg şəhərində 770 hektar meşə ərazisi yanıb. Üç gün davam edən yanğın güclə söndürülüb. 

Eyni zamanda son illər Almaniyada suburbanizasiya prosesinin artması meşə ərazilərinin itirilməsi ilə nəticələnib. 

Araşdırmalara görə, Berlin, Düsseldorf, Hamburq, Münhen kimi şəhərlərdən köçüb Almaniyanın ucqar dağ qəsəblərində köçənlərin sayı artıb. 

Hazırda federal hökumət meşə ərazilərinin qorunması ilə bağlı böyük layihələr həyata keçirir.