Foto © pixabay.com

AzEuroNews.com  ► Avqustun birindən Almaniyada az gəlirli ailələr artıq uşaq bağçası pulu, yemək və nəqliyyata dəstək pulu ödəməyəcəklər.  AzEuroNews.com xəbər verir ki, Almaniyanın təhsilə dəstəyi təkcə bundan ibarət deyil . Belə ki, məktəblilərə ləvazimatlar almaq üçün birdəfəlik 150 avro, peşə məktəblərində təhsil alanlara (Ausibildungsbehilfe für Azubis) aylıq 716, universitet tələbələrinə (BAföG) isə, 861 avro yardım ödəniləcək. 

Az gəlirli ailələrə hökumətin dəstək paketində uşaq bağçalarına gedənlər (0-3 yaş arası) aylıq ödənişdən (Kita-Gebühren) tam azad edilir. Uşaqlara əlavə yardım (Kinderzuschlag), kirayə yardımı (Wohngeld) və sosial yardım (Hartz IV) alanların da daxil olduğu bu dəstək paketindən 1,2 milyon uşağın yararlanması gözlənilir.

Dəyişən nə oldu?

Almaniya Ailə Nazirliyinin az gəlirli ailələrə dəstək paketində məktəb ləvazimatları üçünü (Schulstarterpaket) nəzərdə tutulan məbləğ 50 avro atırılıb. 150 avro olacaq birdəfəlik yardım keçən il 100 avro imiş. Hər il məktəblilərə dərs ili öncəsi verilən bu yardımın məqsədi şagirdlərin dəftər, qələm, çanta və s. ləvazimatlarla təmin edilməsinə kömək etməkdir. 

Peşə təhsili alanlara (Ausildunq) dəstək üçün (Ausibildungsbehilfe für Azubis) verilən aylıq yardım 622 avrodan 716 avroya qaldırılıb. Bu məbləğin 2020-ci ildə 723 avro olacağı ilə bağlı da qərar verilib. 

Universitet tələbələrinə də aylıq dəstək məqsədi ilə verilən (BAföG) yardım 735 avrodan 861 ayroya qaldırılıb. Bu yardımın 2021-ci ilə qədər mərhələli şəkildə 6% artırılması da qərara alınıb. 

Yeni qərara görə,  Azərbaycan kimi Avropa Birliyi üzvü olmayan ölkələrdən gələrək Almaniyada oxumaq istəyənlər blok hesablarında (Sperrkonto) 8640 avro əvəzinə, 10 236 avro göstərməlidirlər. 

Məlumat üçün bildirək ki, bu il Almaniyada vergi artışları səbəbindən dövlət büdcəsi 356 milyard avro olaraq müəyyən edilib.