Foto © ensonhaber.com

AzEuroNews.com   Qurban bayramını öz ölkələrində keçirmək istəyən suriyalı qaçqınlar Türkiyədən gediblər.  AzEuroNews.com xəbər verir ki, Suriya ilə sərhəd Kilis şəhərinin Öncüpınar sərhəd keçid məntəqəsinə axın edən suriyalıların sayı 26 mini keçib. 

Qurban bayramını öz ölkələrində qeyd etmək istəyən Suriya vətəndaşları yaxınlarına da hədiyyələr aparırlar. 

Türkiyə Sərhəd Xidmətinin internet adresində onlayn qeydiyyatdan keçdikdən sonra ölkələrinə getməklə bağlı qərarı əldə edən Suriya vətəndaşları Kilis şəhərindəki Öncüpınar sərhəd keçid məntəqəsinə axın edirlər. 

Suriyalılar əsasən terroristlərdən təmizlənmiş və təhlükəsizliyin təmin edildiyi şəhərlərə gedirlər. Bu prosesin 9 avqusta qədər davam edəcəyi gözlənilir. Bayramdan sonra Suriya vətəndaşları yenidən Türkiyəyə qayıdacaqlar.