Foto © arti49.com

AzEuroNews.com  Almaniyada bir gürcü və bir türk məhkum həbsxanadan qaçıb. AzEuroNews.com xəbər verir ki, hadisə Bavariya əyalətindəki Memmingen həbsxanasında qeydə alınıb. Belə ki, bazar günü baş verən hadisə ilə bağlı bütün əyalət boyunca əməliyyat-axtarış tədbirləri keçirilib. Polis helikopter vasitəsi ilə gürcü məhkumun qaçaraq gizləndiyi yeri müəyyən edib. Xüsusi polis dəstəsinin əməliyyatı ilə o saxlanılıb. 

Digər türk məhkumun axtarışları isə, davam edir. Onun 36 yaşındakı Gökhan G. olduğu deyilir. 

Məlumat üçün qeyd edək ki, Almaniyada həbsdən qaçmaq cinayət kimi qiymətləndirilmir. Beləki, hələ 1880-ci ildə məhkəmə qaçmağı və ya qaçmağa cəhdi insanın əsas təbii instiktlərindən biri olaraq azadlığa can atmaq kimi qiymətləndirməklə belə şəxsə bəraət qazandırıb. Bu presedent (məhkəmə təcrübəsi) bu gün də qüvvədədir.