Foto © Fərahim İlqaroğlu/ AzEuroNews.com
Foto © Fərahim İlqaroğlu/ AzEuroNews.com

AzEuroNews.com  ► Avropa Birliyi (AB) ölkələrində yaşayanlar arasıda keçirilən sorğunun nəticəsinə görə, avropalıların 34 %-i qaçqın axınını böyük problem hesab edir.  AzEuroNews.com xəbər verir ki, sorğu Avropa Birliyi Komissiyası tərəfindən keçirilib. 

Sorğudan iştirak edən AB vtəndaşları hazırda ən böyük problemlərinin qaçqın axını olduğunu bildiriblər. İştirakçıların 22 %-i isə, ən böyük qorxularının iqlim dəyişikliyi olduğunu qeyd edib. Hətta onlar bunu öz həyatları üçün böyük təhlükə hesab ediblər. 

AB Komissiyası tərəfindən keçirilən sorğuda vətəndaşlar AB-yə çox güvəndiklərini və mövcud problemlərin qısa zamanda həll ediləcəyinə ümid etdiklərini bildiriblər.