Simvol foto © Fərahim İlqaroğlu/ AzEuroNews.com
Simvol foto © Fərahim İlqaroğlu/ AzEuroNews.com

AzEuroNews.com / Bonn  ► Almaniyada azərbaycanlı qaçqınların qaldığı yataqxanada yanğın baş verib. AzEuroNews.com xəbər verir ki, yanğın hadisəsi Şimali Reyn Vestfaliya əyalətinin Bonn şəhərində, bir qaçqın yataqxanasında qeydə alınıb. 

Bu barədə AzEuroNews.coma məlumat verən həmvətənimiz bildirib ki, Albaniyadan olan bir qaçqın yaşadığı otaqda çarpayı və əşyaları üst-üstə yığaraq yandırıb. Yanğına görə, otaqdakı tüstü siqnalları çalışıb. Hadisə yerinə çoxlu sayda polis və yanğınsöndürən cəlb olunub. 

“Burada 250-dən çox qaçqın qalır. Əksəriyyəti Balkan ölkələri, Rusiya, İran, Gürcüstan, Ermənistan və Azərbaycandandır. Yanğına görə sakinlər təxliyə edildi. Daha sonra alov söndürüldü. Deyilənə görə, otağı yandıran iki Alban vətəndaşını artıq tutublar”-deyə həmvətənimiz AzEuroNews.com -a bildirib.