Simvol foto © Fərahim İlqaroğlu / AzEuroNews.com
Simvol foto © Fərahim İlqaroğlu / AzEuroNews.com

AzEuroNews.com   Almaniyanın Köln şəhərində 2500 nəfər təxliyə edilib. AzEuroNews.com xəbər verir ki, buna səbəb Klettenberg qəsəbəsində tikinti zamanı İkinci Dünya Müharibəsindən qalan partlamamış bombanın tapılması olub. 

Bir evin qarşısındakı uşaqlar üçün nəzərdə tutulan oyun meydançasında tapılan bombanın torpaq altından çıxarılması üçün əraziyə xüsusi polis dəstələri, yanğınsöndürənlər və təcili yardım briqadaları cəlb olunub.

500 metrlik ərazi mühafizə zolağı elan edilib. Ərazidə yaşayan 2500 nəfər təxliyə edilib. 

Bomba xüsusi əraziyə aparılaraq orada zərərsizləşdirilib.