Foto © Bundesamt für Migration und Flüchtlinge - BAMF
Foto © Bundesamt für Migration und Flüchtlinge - BAMF

AzEuroNews.com  Bu ilin iyul ayında Almaniyadan sığınacaq istəyənlərin sayı məlum olub. AzEuroNews.com xəbər verir ki, Almaniya Miqrasiya və Qaçqınlarla iş üzrə Federal İdarənin (BAMF) yaydığı məlumata görə, 14108 şəxs federal idarəyə sığınacaq üçün müraciət edib.  Bu rəqəm keçən ilin eyni ayı ilə müqayisədə 7,2 % azadır. Bu ilin əvvəlki ayları ilə müqayisədə isə, 45,6 % artış qeydə alınıb. 

Federal idarənin məlumatına görə, ötən ay Cenevrə Konvensiyasına əsasən 4050 nəfərə (bütün müraciətlərin 24,1 %-i) qaçqın statusu verilib.

BAMF-ın hesabatında qeyd olunub ki,  2 604 nəfər (15.5 %) köməkçi müdafiə və 420 nəfər (2.5 %) deportasiyadan qorunub. 

 4 955 nəfərin (25.5 %) ərizəsi federal idarə tərəfindən rədd edilib.

2019-cu ilin iyul ayında Almaniyadan sığınacaq istəyən şəxslərin vətəndaşlıq mənsubiyyəti isə aşağıdakı kimidir:

1. Suriya – 3372

2. İraq – 1377  

3. Türkiyə – 1274

4. Əfqanıstan – 993

5. İran  – 841

6. Nigeriya – 708 

7. Naməlum – 391

8. Pakistan – 380

9. Somali – 357

10. Rusiya Federasiyası – 344