Foto © Gerd Altmann / pixabay.com
Foto © Gerd Altmann / pixabay.com

AzEuroNews.com ► “Almaniyada orta məkətəbə gedəcək şagirdlər mütləq alman dilini bilməlidirlər“. AzEuroNews.com xəbər verir ki, Almaniya Xristian Demokrat İttifaqından (CDU) olan deputat Karsten Linnemann belə bir təkliflə çıxış edib. 

O vurğulayıb ki, birinci sinifə gedəcək olanların məktəblərə qeydiyyatı aparılan zaman onların yetərincə almanca bilib-bilmədiyi yoxlanılmalıdır. 

“Dil səviyyəsi yetərincə olmayan uşaqların məktəbə qeydiyyatı aparıla bilməz. Bu sonradan həmin uşaqlar üçün böyük çətinliklər yaradır. Almancası yetərli olamayan şagirdlərə möhlət verilməlidir. Nə vaxt tələb olunan səviyyədə almanca danışarlar, o vaxt məkətəbə qeydiyyata alınarlar”– deyə K.Linnemann bildirib.