AzEuroNews.com   ► Almaniyadan Türkiyəyə gedən aktyor Mahmut Canbay ölkəyə buraxılmayıb. AzEuroNews.com xəbər verir ki, Almaniyanın Hamburq şəhərində yaşayan aktyor Mahmut Canbay Türkiyədə 8 saat polis nəzarətində saxlanıldıqdan sonra geri-Almaniyaya göndərilib. 

Onun geri göndərilməsinə səbəb isə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla bağlı telefonunda karikaturanın olması olub. Polislər ondan karikaturanı silməsinin tələb etsələr də, M.Canbay onların bu tələbini yerinə yetirməyib.

Sadəcə Almaniya vətəndaşlığı olan aktyor Türkiyəyə İzmirdə keçiriləcək bir teatr festivalına qatılmaq üçün gəlirmiş.