Foto ©  pixabay.com

AzEuroNews.com  ► 18 yaşından kiçiklərə siqaret satan şəxslər 2 min avroya qədər cərimələnəcəklər. AzEuroNews.com xəbər verir ki, belə bir qərarı Avropa Birliyi ölkəsi olan Belçika qəbul edib. 

İndiyə qədər yaş həddi 16 olub. Yaş həddinin bütün tütün məmulatları və elektron siqaret alanlara tətbiq olunacağı qeyd olunur. 

Məlumata görə, hazırda Belçikada 14-16 yaş arası gənclərin 18 %-i həftədə ən azı bir dəfə, 12 %-i isə, gündəlik siqaret çəkir.