AzEuroNews.com ► Almaniyada yaşayan Avropa çempionu olan boksçu Ünsal Arik Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən məhkəməyə verilib. 

AzEuroNews.com xəbər verir ki, buna səbəb Ü.Arikın bu ilin may ayında oxuduğu “Mən səni məhv edəcəyəm” adlı repi olub. 

Repə klip də çəkdirən məşhur boksçu daha sonra həm Türkiyə, həm də Almaniyada yaşayan Ədalət və İnkişaf Partiyası (AKP) tərəfdarları tərəfindən təzyiqlərə məruz qalıb. 

Boksçunun sözlərinə görə, artıq məhkəmə hazırlıq iclası ilə bağlı bildirişi də alıb. İstanbulda bir vəkillə müqavilə bağladığını deyən Ü.Arkin Türkiyədə olmadığı üçün oradakı yaxınlarının da müxtəlif təzyiqlərlə üzləşdişiyini vurğulayıb: “Ərdoğanı öldümək istədiyimlə bağlı ittiham sadəcə gülüncdür. Türkiyəyə gedə bilməyəcəm. Bu rejim məni Ərdoğanı tənqid etdiyimə görə cəzalandırmaq istəyir. Məhkəmə mənim Almaniyada yaşadığımı bilir, buna görə də, Türkiyədəki qohumlarıma təzyiq edirlər. Ancaq bütün bunlar hamısı boş şeydir. Mən Türkiyə üçün demokratiya savaşını davam etdirəcəyəm”.

Almaniyanın “Bild” qəzetinə danışan boksçunun vəkili Nilgün Altındağ deyib ki, Türkiyə prezidenti Ünsal Arkinı siyasi fəaliyyətinə görə məhkəməyə verib: “Sadəcə bir mahnının Türkiyə Baş Prokurorluğunu necə narahat etdiyini gördünüz. Ü.Arkinın Avropada və Türkiyədə böyük fanat ordusu var. Türkiyə hökuməti boksçunun siyasi fəaliyyətindən narahatdır və onu bu cürə susdurmaq istəyir”.