Simvol foto © Deutsche Bahn AG
Simvol foto © Deutsche Bahn AG

AzEuroNews.com  ► Son aylar Almaniyada qatarın altına itələmələrlə bağlı hadisələr artıb. AzEuroNews.com xəbər verir ki, ötən gün ölkənin Bradenburq əyalətinin Jüterborg qatar stansiyasında 33 yaşındakı bir alman 17 və 20 yaşlarındakı iki sərnişinə hücum edərək onları qatar reysinin üzərinə itələyib. 

Ətrafdakıların köməyi ilə hər iki şəxs platformaya qaldırılıb. Hadisə yerinə polis cəlb olunub və qaçmaq isstəyən şübhəli saxlanılıb. 

Məlumat üçün bildirək ki, analoji hadisə ötən ay Frankfurt şəhərində qeydə alınmışdı. 40 yaşlı Eritreya vətəndaşı platformada qatar gözləyən ana və 8 yaşlı oğlunu gəlməkdə olan qatarın altına itələməşdi. Hadisə nəticəsində qadın platformaya qalxa bilsə də, övladı qatarın altında qalaraq can vermişdi. 

Artıq bir neçə gündür ki, Almaniyanın demək olar ki, bütün qatar stansiyalarında bu hadisələri yalnız gəlmələrin adına bağlamaq cəhdləri ilə müxtəlif etiraz aksiyaları keçirilir. 

Gəlmələrə və İslam dininə qarşı olduqca radikal siyasətləri ilə tanınan Almaniya üçün Alternativ (AfD) partiyasının fəalları “Achtung! Merkels Gäste schubsen” (Diqqət! Merkelin qonaqları itələyir”) yazılı plakatları qatar stansiyalarının platformalarına asırlar.

AfD tərəfdarlar sosial şəbəkələrdə yaxın günlərdə böyük şəhərlərdə yenidən gəlmələr əlyehinə yürüş aksiyası keçirməklə bağlı müzakirələr aparırlar.