AzEuroNews.com  ►Almaniyada A2 avtobanında yük avtomobilinin yanması nəticəsində 22 milometrlik bir tıxac meydana gəlib. Bu barədə AzEuroNews.com-a hadisə yerində olan həmvətənimiz Rəşad Quliyev məlumat verib. Onun sözlərinə görə, hadisə avtobanın Dortmund şəhərindən keçən hissəsində baş verib.

“Hadisə yerinə yanğınsöndürən və təcili yardım maşınları getdi. Onların keçməsi üçün yolun orta hissəsi boşaldıldı. Yanğın avtomilin yük yerində baş vermişdi. Xoşbəxtlikdən tez açıb kabini ayıra bilmişdilər. Yanğın küləyin təsiri ilə böyümüşdü. Bu səbəbdən yanğınsöndürənlər alovu söndürməyə çətinlik çəkirdilər”-deyə Rəşad Quliyev məlumat verib.

Hazırda A2 avtobanında avtomobillərin sıxlığı müşahidə olunur.