Foto © Fərahim İlqaroğlu / AzEuroNews.com

AzEuroNews.com  ► Almaniyada iki qadın öz aralarında türkçə danışdıqlarına görə hücuma məruz qalıblar. AzEuroNews.com xəbər verir ki, hadisə paytaxt Berlində qeydə alınıb. 

Berlin polisindən verilən açıqlamaya görə, “Wittenau” stansiyasında platformada uşaqları ilə qatar gözləyən türkiyəli iki qadına qəflətən hücum edilib.

37 yaşındakı şəxs qadınlara hücum edərək onlardan almanca danışmalarını tələb edib. 

Ətrafdakıların köməyi ilə saxlanılan şəxs platformada xidmət edən polisə təslim edilib.