Foto © pixabay.com

AzEuroNews.com  ► Almaniyanın işçiyə olan ehtiyacı ilk dəfə azalıb. AzEuroNews.com xəbər verir ki, hazırda Almaniyada 1 milyon 390 min boş iş yeri var. 

Bu barədə İş Bazarı və Peşə Araşdırmaları Bürosu hesabat xarakterli məlumat yayıb. 

Məlumatda deyilir ki,  Almaniyada son bir ildə, səhiyyə və inşaat sahəsində boş qalan iş yerlərinin tutulmasında rekord artış qeydə alınıb.

Almaniya Federal Statistika Ofisinin (Destatis) açıqladığı məlumata görə, 15-24 yaş arası işsizlik keçən il 6,2 % azalıb. Beləcə işsiz gənclərin sayı Şərqi və Qərbi Almaniyanın birləşməsindən sonra qeydə alınan nəticədən aşağı səviyyəyə enib. 

Məlumat üçün qeyd edək ki, 1991-ci ildə işsiz gənclərin sayı 6,7 % olaraq qeydə alınıb.