Foto © Fərahim İlqaroğlu / AzEuroNews.com
Foto © Fərahim İlqaroğlu / AzEuroNews.com

AzEuroNews.com  ►  Yaxın gələcəkdə Almaniyada polis təşkilatlarında vakansiyaların sayı xeyli artacaq. Almaniyada fəaliyyət göstərən “Leqat” inteqrasiya mərkəzindən AzEuroNews.com -a daxil olan məlumatda deyilir ki,  2024-cü ilə qədər işçilərin təxminən 20% -i təqaüdə göndəriləcək. Daha dəqiq desək, hazırda polis sıralarında işləyən 270 min nəfərin təxminən 55.5 mini təqaüdə çıxacaq. 
Kadr çatışmazlığı üç federal ərazidə daha nəzərəçarpan olacaq. Beləliklə, Baden-Württemberg polisi 5 il ərzində 7500 işçisini (29.000 nəfərdən) itirəcək, Şimali Reyn-Vestfaliyada isə polislərdən 7100 nəfərin (49.000 nəfərdən) təqaüdə gedəcəyi gözlənilir. Berlində isə 5.880 (24.000-dən) pensiya yaşına çatacaq. 
Gördüyünüz kimi, bu proses paytaxt və bəzi federal ərazilər üçün çox ağır ola bilər. Nədənsə bu nəticələrə ən böyük federal əyalət olan (hazırda 47,800 polis əməkdaşı var) Bavariya haqqında məlumat daxil etməyib. 
Bundan əlavə, növbəti 5 il ərzində 7 100 nəfər Federal Polisdən və 500-dən çox əməliyyat-axtarış işçisi isə Cinayətkarlığa Qarşı Mübarizə İdarəsindən (Kriminal polisdən ) təqaüdə çıxmağı planlaşdırır.

Mövcud vəziyyətlə əlaqədar olaraq həm federal, həm də federal ərazilərin polisi idarələri təcili olaraq yeni işçilərin işə götürülməsi və hazırlanması barədə qərar veriblər. “Bild” nəşrinin məlumatına görə görə, artıq müvafiq bir plan var və həmin plana görə 42 min nəfərin polisə iş götürülməsi planlaşdırırlıb. Lakin bu sayda boşluğun doldurulmasına kifayət etmir. Alman Polisinin rəhbərliyi isə kütləvi işə qəbulun keyfiyyət göstəricilərinə təsir göstərdiyini bildirir.

Belə ki, Alman polisinə rəhbərlik edən Oliver Malchow artıq “işə qəbul olunanların” bəzilərinin yararsızlığından şikayətlənir: “Onların bir çoxu sağlamlıq problemləri və ya Alman dilini bilməməsi səbəbindən qabiliyyət testlərini kecə bilmirlər” deyir.

Bildiririk ki, Almaniyada polisə işə düzəlmək üçün bu ölkənin vətəndaşı olmaq tələb olunmur. Almaniyada yaşamaq hüququnuz varsa və tələb olunan səviyyədə dil bilginiz varsa, bəxtinizi sınaya bilərsiniz.