Foto © Pixabay.com

AzEuroNews.com  ► “KTDrones” təxəllüslü, məşhur amerikalı pilot və fotoqraf ilk dəfə Bakını ziyarət edib və quş uçuşu yüksəkliyindən onun şəklini çəkib. AzEuroNews.com Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinə istinadən xəbər verir ki, o, Bakının foto və videosunu özünün sosial şəbəkə səhifələrində paylaşıb.

Pilot özünün əsl adını gizlədir və çəkdiklərini “KTDrones” təxəllüsü altında yayımlayır. O, artıq uzun illərdir dünyanın müxtəlif guşələrinə səyahət edir və indiyədək 36 ölkədə olub. Hər dəfə öz səyahətləri zamanı fotoqraf dronun köməyi ilə ən gözəl yerlərin şəkillərini çəkir.