Foto © pixabay.com / Walkerssk

AzEuroNews.com  ► Türkiyə seçicilərinin siyahısını əldə edən Avstriya on minlərlə türkiyəlini vətəndaşlıqdan çıxarıb. AzEuroNews.com xəbər verir ki, Türkiyədə Prezident İdarəçiliyi ilə bağlı keçirilən referendumda səs verənlərin siyahısını əldə edən Avstriya onları yoxlamağa başlayıb. İkili vətətəndaşığı olan (həm Türkiyə, həm Avstriya) şəxslər Avstriya vətəndaşlığından çıxarılılıblar. Üstəlik bu barədə Avstriyada yaşayan türkiyəlilərə rəsmi hər hansı bir səbəb göstərilməyib. 

Onlar Avstriya vətəndaşlığından çıxarılmalarını keçən  aylarda Avropa Parlamentinə keçirilən seçkilərə səs verməyə gedərkən öyrəniblər.

Məlumat üçün bildirək ki, keçən il 80 türkiyəli Avstriya vətəndaşlığından çıxarılıb.