Simvol foto © Fərahim İlqaroğlu / AzEuroNews.com

AzEuroNews.com   Hollandiyada yaşayan azərbaycanlılar Ermənistanın bu ölkədəki səfirliyi qarşısında etiraz aksiyası keçirəcək. AzEuroNews.com xəbər verir ki, “Cəbrayıl və Füzuliyə ədalət” aksiyası hər iki rayonun 26-cı işğal ildönümü ilə əlaqədar Haaqa şəhərində baş tutacaq.

Aksiya Lann van Meerdervoort 90, 2517 AP Den Haag ünvanında saat 13:00-dan 15:00-a qədər keçiriləcək.

Məlumat üçün bildirək ki, avqustun 23-də Azərbaycanın Füzuli və Cəbrayıl rayonlarının erməni və rus hərbi birləşmələri tərəfindən işğalından 26 il ötəcək.