Simvol foto © Fərahim İlqaroğlu/ AzEuroNews.com
Simvol foto © Fərahim İlqaroğlu/ AzEuroNews.com

AzEuroNews.com  Almaniyanın Aşağı Saksoniya əyalətinin Bützfleth şəhərində yerləşən bir qaçqın kampında kütləvi dava olub. AzEuroNews.com xəbər verir ki, hadisə yerinə gedən polis əməkdaşları Əfqanıstan vətəndaşı olan bir şəxsin müqaviməti ilə rastlaşıblar. O, idman aləti ilə polis əməkdaşlarına hücum edib. 

Polis əvvəlcə onu sakitləşdirmək istəyib. Daha sonra bibər qazından istifadə edib. Bu da yetərli olmayınca, məcbur xidməti silahı ilə onu vurub. 

Əfqan qaçqın elə hadisə yerindəcə keçinib. Onun meyiti məhkəmə tibbi ekspertiza üçün Hamburq şəhərindəki Eppendorf Universitet Xəstəxanasına göndərilib. 

Polisin məlumatına görə, öldürülən Əfqanıstan vətəndaşı bir başqa cinayətə görə, polisdə qeydiyyatda olub.