Horst Seehofer / Foto © CSU
Horst Seehofer / Foto © CSU

AzEuroNews.com  ► “Suriyadakı müharibədən başqa ölkələrə,  o cümlədən Almaniyaya qaçanlar hər bayramda, tətildə öz ölkələrinə dönürlər. Onlar “ölkələmizdə zülm görürük” deyərkən artıq ciddi ola bilməzlər. AzEuroNews.comxəbər verir ki, bunu “Bild am Sonntag” qəzetinə açıqlamasında Almaniyanın daxili işlər naziri Horst Seehofer söyləyib. 

Alman nazir bildirib ki, qaçqın statusu alandan sonra öz ölkəsinə gedib-gələnlər təkcə Suriya vətəndaşları deyil. 

H.Seehofer vurğulayıb ki, hazırda həmin şəxslərlə bağlı araşdırma aprılır. 

Suriyalılarla bağlı danışarkən nazir bildirib ki,  uyğun bir zamanda suriyalıların hamısı geri göndəriləcək.