Simvol foto © Fərahim İlqaroğlu / AzEuroNews.com

AzEuroNews.com  ►Dünya əhalinin 84 %-i bir dinə mənsubdur. Bu göstərici gedərək artmaqda davam edir. Ancaq Almaniyada bu göstərici tərs yöndədir. AzEuroNews.com xəbər verir ki, „Religions for Peace“ təşkilatının apardığı araşdırma nəticəsində məlum olub ki,  alman gənclərin 80 %-i bir dinə mənsub olmadan da yaşamağın mümkün olduğunu qeyd ediblər. 

2017-ci ildə Almaniyada hər iki nəfərdən biri Xristian dininə mənsub olub. Frayburq Universitetinin araşdırmasına görə, 2060-cı ildə bu göstərici üçdə birə düşəcək. Almanların təxminən 36 %-i bir dinə mənsub deyillər. 

2011-ci ildən indiyə kimi 1,2 milyondan artıq müsəlman sığınacaq almaq üçün Almaniyaya gəlib. Hazırda Almaniyada 4,7 milyon müsəlmanın yaşadığı təxmin edilir. Bu da 82,2 milyon əhalisi olan Almaniyada 5,7 %-lik bir göstəricidir.

Almaniya Anayasası ölkədə yaşayan hər kəsin özünə bir din seçin sərbəst yaşamasını təmin edir. Dövlət bütün dinlərə eyni məsafədə və xoşniyyətlə yaxınlaşır. Bir insanın bir dinə mənsub olması, bir dini seçib ibadət etməsi onun şəxsi işi olaraq qəbu edilir. 

Buna baxmayaraq, Almaniyada din və dövlət bir-birindən tam ayrı vəziyyətdə deyil. Dövlət müxtəlif dini qruplarla əmədakşlıq edir, məktəblərdə dini dərslərin keçirilməsini təmin edir.