Foto: Bundesamt für Migration und Flüchtlinge - BAMF

AzEuroNews.com ► Sığınacaq axtaranlara, habelə Almaniyada qalmaq üçün icazə almaq şansları olan digər kateqoriyalı insanlar inteqrasiya kurslarına cəlb edilə bilər. Almaniyada fəaliyyət göstərən “Leqat” inteqrasiya mərkəzindən AzEuroNews.com-a daxil olan məlumatda deyilir ki, sığınacaq üçünü müraciət edən şəxslərə Almaniyada Qalmaq haqqında qanunun  44-cü paraqrafının 4 cü bəndinə uyğun olaraq inteqrasiya kurslarında iştirak etməyə icazə verilə bilər. 
Aşağıdakı kateqoriyaya malik olan şəxslər:
1. Siyasi sığınacaq haqqında qanunun 55-ci paraqrafının 1-i abzasına uyğun olaraq Almaniyaya gəldiyi haqqında sənədini (Aufenthaltsgestattung) təqdim edən və ölkədə uzun müddət qalma ehtimalı olan;
2. Yaşayış haqqında Qanununun 60-cı paraqrafının 2-ci bəndinə uyğun olaraq yaşayış sənədinə malik olan və Duldunqla – Möhlət hüququ ilə yaşayan şəxslər. 
3. Ölkəyə gəlmək haqqında qanunun 25-ci paraqrafına uyğun olaraq yaşayış icazəsi olan əcnəbilər Miqrasiya və Qaçqınlar Federal İdarəsinin (BAMF) baş ofisinə inteqrasiya kursu üçün müraciət edə bilər (link əlavə olunur). http://www.bamf.de/…/integrationskurseasylbewerber-node.html
İnteqrasiya kursuna qəbul üçün ərizə formasını doldurmalısınız. ( http://www.bamf.de/…/630-120_antrag-zulassung-integrationsk…
http://www.bamf.de/…/630-120_antrag-zulassung-integrationsk…)


BAMF-dan inteqrasiya kursunda (Berechtigungsschein) iştirak etmək üçün icazə almış olsanız, kurslar təqdim edən bir məktəb tapmalısınız. WebGIS coğrafi məlumat sistemindən istifadə edərək yaxınlığınızda bir dil kursu tapa bilərsiniz. Xaricilərlə iş üzrə İdarədə, habelə miqrantlara məsləhət verən mərkəzlərdə kursların siyahısını əldə edə bilərsiniz. Yaxınlıqda uyğun bir kurs tapdıqdan sonra kursa yazılmalı və kursda iştirak etmək üçün icazə almalısınız. Məktəb sizə düzgün yolu tapmağa kömək edəcək və növbəti kursun başlaması barədə məlumat verəcəkdir.

Kursda iştirak etmək üçün yuxarıda göstərilən qruplar avtomatik olaraq təhsildən azad olunur.