Foto © Fərahim İlqaroğlu / AzEuroNews.com

AzEuroNews.com  ►  Almaniyada 60-dan çox sığınacaq axtaran şəxsi müxtəlif federal əyalətlərdə baş verən yanğınlar evsiz qoyub. iyada fəaliyyət göstərən “Leqat” inteqrasiya mərkəzindən AzEuroNews.com –a daxil olan məlumatda deyilir ki, ötən gün gecə saatlarında Gisessen (Hesse əyaləti) və Bielefelddə (Şimali Reyn-Vestfaliya) yerləşən qaçqın yataqxanalarında yanğın baş verib. Polislər hesab edirlər ki, hər iki yanğın ksenofob şəbəkələrin (Ksenofobiya, əcnəbi qorxusu-əcnəbilərər nifrəti anlamında başa düşülməlidir. Bu yunan sözüdür (xenos,əcnəbi) və (phobos,qorxu) kəlmələrinin birləşməsindən yaranıb. İnsanın əcnəbilərdən ya da başqa bir şəkildə özündən fərqli olan insanlardan qorxmasına və nifrət etməsinə verilən addır) üzvləri tərəfindən törədilə bilər.

Maraqlıdır ki, yanğınsöndürmə xidməti yanğınla əlaqədar siqnalları təxminən eyni vaxtda – gecə yarısından sonra alıb. Giessen sığınacağında, ilk olaraq bir otaqda başlayan yanğın qısa müddət ərzində bütün binaya yayılıb. Polisin verdiyi məlumata görə, 56 nəfər üçün hazırlanan bina demək olar ki, yerlə yeksan olub. Yanğın nəticəsində 12 sakin xəsarət alıb ki, onlardan da iki nəfərinin vəziyyətinin ağır olduğu bildirilir. 
İlkin məlumatlara görə, yanğın nəticəsində dəymiş ziyan 40 min avrodur. Yanğının səbəbləri hazırda polis tərəfindən araşdırılır.
Bielefeldəki yanğın sakinlərdən birinin otağından başlayıb. Polisin bildirdiyinə görə, hadisə baş verən zaman binada cəmi üç nəfər olub. Evdəki hər kəsi xilas edə biliblər və xəsarət alan olmayıb. Artıq bu evin sakinləri polis tərəfindən dindirilib. Şahid ifadələrinə əsaslanaraq müstəntiqlər də yanğının qəsdən törədildiyinidən şübhələnirlər.

Bunlar son bir həftədə qaçqın sığınacaqlarında baş verən ilk yanğınlar deyil. Belə bir hadisə avqustun 15-də Düsseldorf şəhərinin yaxınlığında Ratingen şəhərində baş vermişdi. Yanğın səhər saat 3-də başlamışdı. Yanan binadan 417 nəfər təxliyə olunmuşdu ki, onlardan da 11 nəfər yanıq xəsarəti almışdı.