Hər qan qrupu müəyyən xüsusiyyətlərə malikdir. Aparılan bəzi araşdırmalar qan qrupuna görə qidalanmanın sağlamlığa müsbət təsir etdiyini göstərir. Qan qrupuna görə qidalanmaq və idman etmək səhhətimizdə yaranan hər hansı problemlərin qarşısını alır.
Həkim Peter J. Dadmon “4 qan qrupuna görə qidalanmaq” (Eat Right 4 Your Type) kitabında düzgün qida rasionu təklif edir. Bizimyol.info publika.az-a istinadən bildirir ki, istinadən mütəxəssisin açıqlamalarını təqdim edir:
I qan qrupu: Bu qan qrupundan olanlar zülallardan təşkil olunan qidalara üstünlük verməlidir. Mal və qoyun əti, balıq və tərəvəzlərdən imtina etməyin. Süd və süd məhsulları, habelə lobya kimi paxlalılar fəsiləsindən olan qidaları süfrənizdən əskik etməyin. I qan qrupundan olan şəxslərin qarın ağrısına meylli olduqları da qeyd olunur.
II qan qrupu: Damarından II qrup qan axanlara ət deyil, tərəvəz, meyvə və paxlalı bitkilərlə qidalanmaq təklif edilir. II qan qrupundan olanların immun sistemi çox həssas olduğu üçün tərkibində kimyəvi maddələr olmayan, təzə qidalara üstünlük verməlidirlər. Bu sayədə immun sistemi güclənir.
III qan qrupu: III qan qrupundan olanlar az yağlı süd məhsulları, yumurta, tərəvəz və ət istehlak etməlidir. Bu qrupdan olan şəxslərin toyuğa qarşı allergiyası ola bilər. Həmçinin pomidor, qarğıdalı, küncüt, mərci və yer fıstığı kimi qidalardan da uzaq dayanmaq təklif olunur.
IV qan qrupu: IV qan qrupu olanların mədə turşusu daha azdır. Bu səbəbdən həzm prosesində çətinlik çəkirlər. Onlara kofein, alkoqol və işlənmiş ətlərdən uzaq dayanmaq təklif edilir. Bundan başqa, süd məhsulları da həzm sistemində problemlərə yol aça bilər.
QEYD: Müasir diyetoloqlar hesab edir ki, qan qrupuna görә, qida rasionunun tәrtibinin elmi əsası yoxdur. Hәr qan qrupunun kimyəvi tәrkibi də fərqlidir. Praktiki olaraq, qanının kimyəvi tәrkibi eyni olan iki insana rast gәlmәk mümkün deyil.Odur ki, insan orqanizm üçün faydalı olan hәr şeyi yeməlidir. Yemәk rasionu mövsümdən asılı olaraq və istəyə görə tәyin edilməlidir.
Qan qrupuna görә qidalanma tәrәfdarları isə başqa fikirdәdir. Onlar iddia edir ki, ancaq pəhriz üçün keçərli olan qidalanma zamanı kalori azalır, qida yaxşı hәzm edilir. Üstəlik, psixoloji həvəs də insana çox kömәk edir.